HÜSEYNOV Cahangir Hüseyn oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 83 saylı Sabirabad-Saatlı
1953- il aprelin 10-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri namizədidir. Beynəlxalq Hüquq Assosiasiyasının üzvüdür. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 83 saylı Sabirabad-Saatlı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU