QƏNBƏROV Miri Əhəd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 76 saylı Lerik – Lənkəran
1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 76 saylı Lerik-Lənkəran seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU