ABBASOV Mirmövsüm Kamil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 69 saylı İsmayıllı seçki dairəsi
1955-ci il oktyabrın 3-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrarsənaye kompleksinin iqtisadiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU