BAXIŞOV Hüseynağa Eynulla oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 63 saylı Quba
1960-cı il aprelin 1-də Quba şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədridir. 2000-ci il noyabrın 5-də 63 saylı Quba seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU