MAQSUDOV Fərəməz Qəzənfər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 5 saylı Culfa– Ordubad
1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycanın əməkdar elm xadimidir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU