VƏKİLOV Vaqif Səməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 59 saylı Qazax
1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 59 saylı Qazax seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavinidir. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: MP-nin üzvü

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU