ВAXŞƏLİYEVA Gövhər Baxşəli qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 57 saylı Bərdə – Ağcabədi
2001-ci il iyunun 12-dən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktorudur. Rus, ingilis və ərəb dillərini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 57 saylı Bərdə-Ağcabədi seçki dairəsindən deputat seçilmişdir. 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU