ORUCOV Zahid Məhərrəm oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 56 saylı Bərdə şəhər
1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Ana Vətən Partiyası sədrinin müavinidir. 2001-ci il yanvarın 7-də 56 saylı Bərdə seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Ana Vətən Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU