QULİYEV İsgəndər Həsən oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 53 saylı Astara
1938-ci il iyulun 1-də Astara rayonunun Artupa kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri namizədi, dosentdir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU