QULAMOV Hidayət Həmid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 51 saylı Ağsu -Kürdəmir
1950-ci il mayın 8-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU