CƏFƏROV Nizami Qulu oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 50 saylı Ağstafa
1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Respublikanın əməkdar elm xadimidir. Lütfızadə adma Beynəlxalq Akademiyanın həqiqi üzvüdür. Rus, ingilis-və fars dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 50 saylı Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU