ƏLİYEV Bəxtiyar Həmzə oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 47 saylı Ağdam şəhər
1961-ci il martın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, fəlsəfə elmləri namizədi, professordur. Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 47 saylı Ağdam şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU