MÖHBALIYEV Səttar Suliddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 46 saylı Abşeron
1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 46 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU