VAHABZADƏ Bəxtiyar Mahmud oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 43 saylı Şəki şəhər
1925-ci il avqustun 16-da Şəki səhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professordur. Azərbaycanın xalq şairi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimidir. İstiqlal ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 43 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU