TİMOŞENKO Vladimir Vasilyeviç

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 27 saylı Nəsimi ikinci

1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olmuşdur. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirmişdir. Ehtiyatda olan general-mayordur. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU