KƏRİMOV Karim Hacıxan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU