ƏSGƏROV Ağabəy Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. Rus və ərəb dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə cputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Subaydır.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU