ƏLƏSGƏROV Murtuz Nəcəf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
1996-cı il oktyabrın 16-dan Azərbaycan Respublikası Milli Məclısımn sədn vəzifəsində çalışmış, 2000-ci il noyabrın 24-də yenidən Milli Məclisin sədri seçilmişdir. 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquq elmləri doktoru, professordur Beynəlxalq Hüquq Assosiasiyasının üzvüdür. Respublikanın əməkdar hüquqşünasıdır, “İstiqlal” ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının sədrinin müavinidir.2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU