ƏHMƏDOV Əli Cavad oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədi, dosentdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibidir. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU