MİRZƏYEV Həsən İbrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 22 saylı Binəqədi ikinci
1927-ci il noyabrın 26-da Ermənistan Respublikasının Əzizbəyov rayonunun .Qovuşuq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər institutunun və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil - ədəbiyyat fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Rus və erməni dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU