İBRAHİMBƏYOV Maqsud Məmməddibrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 20 saylı Suraxanı ikinci
1935-ci il mayın 11-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Polltexnık İnstitutunun inşaat fakültəsini, Moskva Ali Ssenari Kursunun ssenariçi fakültəsini və Ali Rejissorluq Kursunun rejissorluq fakültəsini bitirmişdir. Azərbaycan Dövlət mükafatı laureatı, respublikanın əməkdar incəsənət xadimidir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 20 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU