MƏMMƏDXANOV Anar Camali oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 19 saylı Suraxanı birinci
1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 19 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU