ƏLİYEV Şaitdin Şərdar oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 18 saylı Əzizbəyov
1947-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 18 saylı Əzizbəyov seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyası sədrinin müavinidir. Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU