SƏFƏRLİ Mayıs İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 9 saylı Xətai birinci
1958-ci il mayın 23-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Yurddaş Partiyasının sədridir. 2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Yurddaş Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU