NURİYEV Əliməmməd Mali oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 7 saylı Yasamal ikinci
1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvüdür. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU