MƏMMƏDOVA Gülçöhrə Hüseyn qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 6 saylı Yasamal birinci
1953-cü il aprelin 23-də Ermənistan Respublikası Vedi rayonunun Vedi kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Memarlıq doktorudur. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvüdür. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 6 saylı Yasamal birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU