AXUNDZADƏ Anar Seyran oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 3 saylı Naxçıvan
1972-ci il iyulun 6-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və hüquq fakültələrini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 3 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU