İMANOV Nazim Müzəffər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1955-ci il iyunun 11-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Beynəlxalq Energetika Akademiyasının akademikidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Azərbaycan Milli İstiqlal Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU