HƏSƏNOV Cəmil Poladxan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1952- il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Şimali Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. Rus və ingilis dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU