HÜMBƏTOV Yusif Kərim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 97 saylı Cəlilabad kənd
1950-ci il oktyabrın 20-də Ermənistan Respublikası Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini, Bakı Ali Partiya Məktəbini və "Azərbaycan" Universitetinin hüquq fakültəsini bitirmişdir. Elmlər namizədidir. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 97 №-li Cəlilabad kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU