MƏMMƏDOV Dünyamalı Böyükxan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 96 saylı Cəlilabad şəhər
1952-ci il oktyabrın 3-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 96 №-li Cəlilabad şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU