ƏHMƏDOV Cəbrayıl Rəşid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 93 saylı Xaçmaz–Dəvəçi
1952-ci il mayın 8-də Dəvəçi şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 93 №-li Xaçmaz-Dəvəçi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU