QURBANOV Böyükağa Cabir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 92 saylı Xaçmaz
1964-cü il aprelin 22-də Xaçmaz rayonunun Bay-oba kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatı fəaliyyətinin təhlili fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 92 №-Ii Xaçmaz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU