ƏLİYEV Yaşar Tofiqi

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini
Dairə: 91 saylı Xanlar–Daşkəsən
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 91 №-li Xanlar-Daşkəsən seçki dairəsindən deputat seçilmişdir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU