MƏMMƏDOV Məmməd Cümşüd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 90 saylı Füzuli
1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabnn 12-də 90 №-li Füzuli seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU