XANLAROVA Zeynəb Yəhya qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 86 saylı Tərtər
1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına musiqi məktəbini bitirmişdir. SSRİ-nin və Azərbaycamn xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq "Qızıl val" mükafatı laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 86 №-li Tərtər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU