ƏLƏSGƏROVA Solmaz Həbib qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 85 saylı Samux–Goranboy
1958-ci il sentyabrın 16-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 85 №-li Samux-Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU