HƏSƏNOV Həsən Əziz oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 78 saylı Masallı kənd
1940-cı il oktyabrın 20-də Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 78 №-li Masallı kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU