ABIYEV Əhəd Mikayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 77 saylı Masallı şəhər
1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini bitirmişdir, hazırda Azərbaycan "Təfəkkür" Universitetinin hüquq fakültəsində oxuyur. İngilis və rus dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 77 №-li Masallı şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU