ƏLİYEV Firdovsi Şahmirzə oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 76 saylı Lerik–Lənkəran
1961-ci il mayın 5-də Lerik rayonunun Mondigah kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya-coğrafiya fakültəsini bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabnn 26-da 76 №-li Lerik-Lənkəran seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU