MUSAYEV Səfyar Bəylər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 74 saylı Goranboy–Naftalan
1935-ci il iyulun 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də 74 №-li Goranboy-Naftalan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının sədridir. 5 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU