BÜNYADOV Ziya Musa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olmuşdur. Moskva Şərqşünaslıq İnstitutunun Yaxın Şərq fakültəsini bitirmişdi. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor idi. Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar elm xadimi idi. Ərəb, ingilis və rus dillərini bilirdi. Yeni Azərbaycan Partiyası sədrinin müavini idi. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü idi. 3 övladı qalmışdır.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU