Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
257

AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASI BAŞA ÇATDI

Aprelin 4-də Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyası işini davam etdirdi. Avronest PA-nın həmsədri Boris Tarasyuk bu təşkilatın prosedur qaydalarının təkmilləşdirilməsinin əhəmiyyətindən danışdı və prosedur qaydalarına dair işçi qrupunun səlahiyyət müddətinin uzadılmasını təklif etdi.

04 aprel 2012    06:04
321

AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASINDA

Aprelin 3-də Avronest Parlament Assambleyasının ikinci növbəti Sessiyasının fasilədən sonra davamında həmsədr Kristian Vigenin və Boris Tarasyuk gündəlikdəki məruzələri təqdim etdilər.

04 aprel 2012    06:04
239

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak edirdi. Milli Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq bildirdi ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Biz bu dostluğu əsrlər boyu möhkəmləndirmiş və indiki yüksək səviyyəyə gətirib çıxarmışıq

07 mart 2012    06:03
268

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin üzvləri fevralın 29-da Milli Məclisdə Azərbaycana səfərlərinə dair mətbuat konfransı keçirdilər.

29 fevral 2012    07:02
266

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Fevralın 28-də Milli Məclisdə mətbuat konfransı keçirildi. Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu bildirdi ki, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə deputatlarEldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Vyanada, həmçinin deputatlar Azay Quliyev, Fərəc Quliyev və Rövşən Rzayev isə Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olublar.

28 fevral 2012    06:02
198

MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

Fevralın 1-də Milli Məclisin 2012-ci il yaz sessiyası işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Parlamentin spikeri sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi və onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı.

01 fevral 2012    06:02
226

MƏTBUAT KONFRANSINDA

Yanvarın 30-da parlamentdə Milli Məclis Sədrinin müavini Bahar Muradovanın və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin iştirakı ilə 2011-ci il payız sessiyasının yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfransı keçirildi.

30 yanvar 2012    06:01
428

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 23-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin doğum günü, 50 illik yubileyidir.

23 dekabr 2011    07:12
341

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 13-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə iclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş müzakirə olundu.

13 dekabr 2011    06:12
174

MİLLİ MƏCLİS ÖLKƏNİN 2012-Cİ İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİNİ TƏSDİQ ETDİ

Dekabrın 6-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin əsas maliyyə sənədi olan “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər bir neçə gün ərzində Milli Məclisin iclasında geniş müzakirə edilib.

06 dekabr 2011    05:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.