Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
462

Azərbaycan-Türkiyə parlament əlaqələri genişlənir

İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

05 iyun 2021    15:54
508

Parlamentlərarası İttifaqın Assambleya iclası keçirilib

Mayın 26-da və 27-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleya iclası keçirilib. İclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

27 may 2021    19:07
503

PAİ Assambleyasının İdarəedici Şurasının iclasında

Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri - Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.

26 may 2021    12:51
698

Neva Beynəlxalq Ekoloji Konqresində

Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

25 may 2021    17:28
485

Asiya Parlament Assambleyasının komitə iclasında

Mayın 20-də Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.

20 may 2021    17:20
534

Baltikyanı ölkələrlə əlaqələrin aktivləşdirilməsi vacibdir

Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.

19 may 2021    15:51
583

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

17 may 2021    12:19
596

Milli Məclisdə görüş

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.

06 may 2021    17:51
575

“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə mayın 5-də “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib. Milli Məclisin Regional məsələlər komitəsi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkil etdikləri tədbirdə deputatlarla yanaşı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin təmsilçiləri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri iştirak ediblər.

05 may 2021    20:17
523

Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 7-ci Qlobal Konfransında

Aprelin 28-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin iki günlük 7-ci Qlobal Konfransı onlayn formatda işə başlayıb. “COVID-19 sonrası bərpa: gənclərin maraqlarına uyğun yanaşma” mövzusuna həsr edilən tədbirdə Milli Məclisin deputatları Kamran Bayramov, Nigar Arpadarai, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

30 aprel 2021    10:56
569

Milli Məclisdə görüş

Aprelin 28-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüş olub.

28 aprel 2021    19:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.