Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
444

Salyanda şəhid Sübhan Cəbrayılovun anım mərasimi keçirilib

Oktyabrın 19-da 44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun şəhadətinin ildönümünü ilə əlaqədar anım mərasimi keçirilib.

20 oktyabr 2021    16:40
597

Qusarda şəhid Elvin Qurbanovun xatirəsi yad edilib

Oktyabrın 19-da Qusar rayonunda 44 günlük Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə fədakarlıqla döyüşərək şəhid olmuş Elvin Elmar oğlu Qurbanovun anım tədbiri keçirilib.

20 oktyabr 2021    15:25
782

Sabirabadda şəhid Toğrul Məmmədzadənin xatirəsi yad edilib

Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Toğrul Pərviz oğlu Məmmədzadənin il mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Ramin Məmmədov, Sabirabad rayonunun rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

20 oktyabr 2021    15:18
629

Özbəkistanda Prezident seçkiləri keçiriləcək

Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 21-də bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfərə yola düşəcək.

20 oktyabr 2021    10:11
543

Milli Məclis sədrinin müavini Adil Əliyev Beyləqanda şəhidlərin anım tədbirlərində iştirak edib

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Şahin İsmayılov oktyabrın 19-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayondakı Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs ruhlarına dualar oxuyublar.

19 oktyabr 2021    20:24
400

Milli Məclisdə qazaxıstanlı qonaqlarla görüş

Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şimali-Xəzər və Qaraçaqanaq layihələrində hasilatın pay bölgüsünə dair Qazaxıstan hökumətinin səlahiyyətli orqanı olan "PSA" Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.

19 oktyabr 2021    16:49
380

Şəhidlərin xatirəsi əziz tutulur

Milli Məclisin deputatı Anar Məmmədov oktyabrın 18-də Goranboyun Xoylu kəndində Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nemət Məmmədovun anım mərasimində iştirak edib.

19 oktyabr 2021    15:07
344

MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək

Milli Məclisin deputatları Emin Hacıyev və Könül Nurullayeva MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının 17-ci iclasında və bu çərçivədə keçiriləcək tədbirlərdə iştirak etmək üçün oktyabrın 20-dən 23-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

19 oktyabr 2021    12:13

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.