Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
235

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 18-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə söz verdi.Çıxış edən Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclasları və qəbul edilən qətnamənin məzmunundan söz açdı.

18 dekabr 2018    05:12
303

MİLLİ MƏCLİSDƏ KEÇİRİLƏN PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI BAŞA ÇATDI

Dekabrın 15-də Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı üçüncü sessiyada “Güclü gələcək: sabahın iş yerləri” mözvusunda işini davam etdirdi. Oksford Universitetinin professoru Daniel Susskind mövzuya dair məruzəni təqdim etdi. Professor bildirdi ki, bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir. Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır.

15 dekabr 2018    06:12
267

MİLLİ MƏCLİSDƏ PARLAMENTLƏRARASI İTTİFAQIN GƏNC PARLAMENT ÜZVLƏRİNİN KONFRANSI KEÇİRİLİR

Dekabrın 14-də Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı.Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov bu mötəbər toplantı münasibəti ilə iştirakçılara Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırdı.

14 dekabr 2018    06:12
277

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyin təsdiqindən sonra millət vəkillərini Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclasının 100 illiyi münasibətilə təbrik etdi. Cari müzakirələr zamanı deputatlardan Əli Hüseynli, Bəxtiyar Əliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Aqil Abbas, Sahib Alıyev, Musa Qasımlı, Siyavuş Novruzov, İsa Həbibbəyli, Cavid Qurbanov, Araz Əlizadə ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar.

07 dekabr 2018    04:12
251

2019-cu ilin BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN QANUNLAR QƏBUL OLUNDU

Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov qeyd etdi ki, ilk dəfədir büdcə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu günədək həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin sıx əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.

30 noyabr 2018    06:11
294

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.Əvvəlcə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu müzakirəyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra məsələ ikinci səsvermədə təsdiq olundu.

27 noyabr 2018    06:11
245

MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Noyabrın 15-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetaları haqqında məsələlərin müzakirəsi ilə başlanılmasını təklif etdi.

15 noyabr 2018    04:11
409

MİLLİ MƏCLİSDƏ GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏLƏRİ BAŞLANIB

Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb. Ölkənin Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iclasda iştirak ediblər.

14 noyabr 2018    10:11
301

MİLLİ MƏCLİSDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Noyabrın 14-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament 2019-cu ilin büdcə zərfinə daxil olan bir sıra sənədlərə münasibət bildirdi. Öncə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi.

14 noyabr 2018    07:11
276

YUBİLEY MEDALININ TƏQDİMAT MƏRASİMİNDƏ

Noyabrın 12-də Milli Məclisdə bir qrup millət vəkilinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmaları ilə bağlı təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu günün əlamətdar bir gün olduğunu bildirdi. 12 noyabrın - ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunduğunu vurğulayan Mətbuat xidmətinin rəhbəri tədbir iştirakçılarını bu münasibətlə təbrik etdi.

12 noyabr 2018    05:11
422

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 2-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra müzakirələrə başlanıldı. Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə daxil edilən 7 məsələ - Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verdi.

02 noyabr 2018    04:11
238

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 30-da parlamentin növbəti plenar iclası keçirildi. İclasa Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlərə baxıldı. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər, bir sıra təkliflər irəli sürdülər.

31 oktyabr 2018    09:10
258

MİLLİ MƏCLİSDƏ TÜRKPA-NIN KOMİSSİYA İCLASI KEÇİRİLDİ

Oktyabrın 31-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirildi.Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirlər.

31 oktyabr 2018    03:10
280

MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ VƏ MİQRASİYA PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ KONFRANS

Oktyabrın 30-da Milli Məclisdə “İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik, operativ baza” mövzusunda konfrans keçirildi.Konfransı giriş sözü ilə açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışdı. Bildirildi ki, son illər parlamentdə həm insan alverinə qarşı mübarizə, həm də miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılmışdır.

30 oktyabr 2018    04:10
230

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

17 oktyabr 2018    11:10
256

Azərbaycanda DOST xidməti yaradılır

Ölkəmizdə “Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində dinləmə keçirildi. Öncə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə sosial sahədə aparılan islahatlardan və əldə olunan uğurlu nəticələrdən söz açdı. Bildirdi ki, bu sahənin inkişafı, əhalinin sosial durumunun daha da yaxşılaşması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Elə sosial sahədə ASAN xidmətin analoqu olan DOST xidmətinin yaradılması da dövlət başçısının təşəbbüsüdür.

17 oktyabr 2018    06:10
260

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov aparırdı. Gündəliyin təsdiqindən sonra millət vəkilləri Sevinc Hüseynova, Tahir Kərimli, Fərəc Quliyev, Gövhər Baxşəliyeva, Elman Nəsirov, Siyavuş Novruzov, Zahid Oruc, Elman Məmmədov, Əli Hüseynli ölkə gündəmində olan vacib məsələlərdən söz açdılar. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.

12 oktyabr 2018    07:10
302

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi təqdim etdi. Əvvəlcə Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olundu. Sənədlə bağlı məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən sənədin 44.5-ci maddəsi yeni redaksiyada verilir.

05 oktyabr 2018    06:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.