
MİLLİ MƏCLİSİN İCLASINDA 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏLƏRİNƏ BAŞLANDI
Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə ediləcəyini bildirdi. Gündəliyə 11 məsələnin daxil edildiyini vurğulayan spiker bugünkü iclasın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən “Konstitusiya günü”nə təsadüf etdiyini dedi və bu münasibətlə iclas iştirakçılarını təbrik etdi.

MİLLİ MƏCLİSDƏ GƏLƏN İLİN BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR
Noyabrın 13-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başladılar. Millət vəkilləri Eldar Quliyev, Elçin Quliyev, Tahir Kərimli, Hüseynbala Mirələmov, Mahir Abbaszadə, Rəfael Hüseynov, Şahin İsmayılov, Hikmət Məmmədov, Rauf Əliyev çıxış edərək 2020-ci il dövlət büdcəsini mükəmməl şəkildə hazırlanmış, sosial yönümlü büdcə kimi dəyərləndirdilər.

MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə olundu. Deputatlar radikal müxalifətin son günlər keçirdiyi qanunsuz aksiyanı qətiyyətlə pislədilər, icazəsiz mitinqlərin yolverilməz olduğunu qeyd etdilər. Bildirdilər ki, qanuna və qanunçuluğa riayət etmək, Azərbaycan xalqının dövlətini və müstəqil dövlətçiliyini qorumaq hər bir vətəndaşın borcudur.

MİLLİ MƏCLİSDƏ NAXÇIVAN SAZİŞİNİN 10 İLLİK YUBİLEYİ QEYD OLUNDU
Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirildi.Tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzaladı. Keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı.

MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” parlamentə ünvanlandığı təqdimatı oxudu.

MİLLİ MƏCLİSDƏ GƏNC MÜƏLLİMLƏRİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ KEÇİRİLDİ
Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

MİLLİ MƏCLİSDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ DİNLƏMƏ KEÇİRİLDİ
Oktyabrın 2-də Milli Məclisdə Parlamentin Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirdi.

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI İŞƏ BAŞLADI
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN PARLAMENTLƏRİNİN XARİCİ ƏLAQƏLƏR KOMİTƏLƏRİNİN ÜÇTƏRƏFLİ BİRGƏ İCLASI KEÇİRİLDİ
İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirildi. İclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər.

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATDI
İyulun 12-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Öncə 28 məsələdən ibarət gündəlik təsdiqləndi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin ATƏT PA-dakı nümayəndə heyətinə qurumun 28-ci illik sessiyasında yüksək səviyyədə fəaliyyət göstərdiklərinə görə dərin təşəkkürünü bildirdi.

MİLLİ MƏCLİSİN İCLASINDA
İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasında Spiker Oqtay Əsədovun sədrliyi ilə 35 məsələyə baxıldı. İclasda qanun layihələrini Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim etdilər.

Milli Məclisin Mətbuat xidmətinin məlumatı
Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbər yayılmışdır.

MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim etdi. Bildirildi ki, gündəliyə 49 məsələ daxildir.Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim etdi.

QDİƏT PARLAMENT MƏCLİSİ BAŞ ASSAMBLEYASININ 53-CÜ PLENAR SESSİYASI BAŞA ÇATDI
İyunun 21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini davam etdirdi.

MİLLİ MƏCLİSDƏ QDİƏT PM BAŞ ASSAMBLEYASININ 53-CÜ PLENAR SESSİYASI BAŞLANDI
İyunun 20-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının ikigünlük 53-cü plenar sessiyası öz işinə başladı. Açılış mərasimində QDİƏT PM-ın fəaliyyətdə olan sədri, Milli Məclisin Sədri Oqtay Əsədov giriş nitqi söylədi. QDİƏT Parlament Məclisinin hazırkı Baş katibi Asəf Hacıyev gizli səsvermə zamanı böyük səs çoxluğu ilə yenidən qurumun Baş katibi postuna layiq görüldü. O, qarşıdakı 5 il müddətində bu vəzifəni icra edəcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasına sədrlik 6 ay müddətinə Azərbaycandan Bolqarıstana keçdi.

TÜRKPA-ya ÜZV ÖLKƏLƏRİN QADIN PARLAMENTARİLƏRİNİN BEYNƏLXLAQ KONFRANSINDA
İyunun 14-də Azərbaycan Respublikasının Milli Məclisi və Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirildi.

MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah xalqımız 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək. Bildiyiniz kimi, 26 il əvvəl 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sədr bildirdi ki, iyunun 13 və 14-də keçiriləcək iclasların gündəliyinə 36 məsələ daxildir.

MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 31-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (birinci oxunuş) məsələyə baxıldı. Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi.

MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, mayın 30-u və 31-də keçiriləcək iclasların gündəliyinə 26 məsələ daxil edilib.