Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
333

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin bir qrup deputatı noyabrın 8-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.Səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

05 noyabr 2022    17:31
343

Zəfər Günü ilə bağlı tədbirlərdə

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün noyabrın 6-da Rusiyanın Moskva şəhərinə səfər edəcək.

05 noyabr 2022    16:38
361

Zəfər Gününə həsr olunan tədbirlərdə

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcək.

05 noyabr 2022    10:16
511

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib

Noyabrın 4-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
İctimai dinləmədə Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, vitse-spiker Fəzail İbrahimli, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, parlamentdə təmsil olunan partiyaların sədrləri, deputatlar, QHT nümayəndələri və politoloqlar iştirak ediblər.

04 noyabr 2022    20:44
1419

Üç nəfər qazi Milli Məclisdə işlə təmin olunub

Noyabrın 4-də Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

04 noyabr 2022    20:34
341

Deputatlarımız Özbəkistanda Zəfər Günü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəklər

Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Məşhur Məmmədov 8 noyabr – Zəfər Günü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

01 noyabr 2022    09:56
361

Deputatımız Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.

26 oktyabr 2022    12:51
509

QDİƏT Parlament Assambleyasının komitə iclasında

Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.

25 oktyabr 2022    17:11
380

Milli Məclisdə görüş

Oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib. Komitənin sədri Tahir Mirkişili tədbiri açaraq görüşdə inflyasiya, bank sahəsində keçiriləcək islahatlar, pul-kredit siyasətinin istiqamətləri və digər məsələlərin müzakirə olunacağını deyib.

25 oktyabr 2022    16:12
363

Deputatımız beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

25 oktyabr 2022    11:54
409

GUAM PA-nın komitə iclaslarında

Oktyabrın 24-də GUAM Parlament Assambleyasının Elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə və Siyasi məsələlər və regional təhlükəsizlik üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib. İclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

24 oktyabr 2022    19:01
370

Deputatlar ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edəcəklər

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

15 oktyabr 2022    12:50

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.