
Deputatlarımız Vyanada səfərdə olacaqlar
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili, qrupun üzvləri Əminə Ağazadə və Elnur Allahverdiyev dekabrın 12-də Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.

Şəhidimiz Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəman övladımız, Siyəzən rayon Zarat kənd sakini Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilərək torpağa tapşırılıb.

Parlament görüşləri
Dekabrın 9-da Milli Məclisdə deputat Tural Gəncəliyev Birləşmiş Krallığın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun üzvləri Helen Makkenzi və Rayan Qrist ilə görüşüb.

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclası keçirilib
Dekabrın 8-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.
Komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

İtaliyada Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək
İtaliyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım mərasimləri keçiriləcək. Milli Məclisin deputatı Vüqar Bayramov tədbirlərdə iştirak etmək üçün dekabrın 9-da Milan şəhərinə səfər edəcək.

BMT-nin İnternet idarəçiliyi mövzusunda parlament forumu keçirilib
Dekabrın 7-də və 8-də Polşa Respublikasının ev sahibliyi ilə BMT-nin İnternet idarəçiliyi mövzusuna həsr edilmiş onlayn parlament Forumu keçirilib. Tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyev və Nigar Arpadarai iştirak ediblər.

Milli Məclisdə görüş
Dekabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.

Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Gürcüstanda sərgi keçiriləcək
Dekabrın 8-də Gürcüstan Milli Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin rəsmi açılış mərasimi olacaq.
MDB PA Şurası Katibliyinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri, Baş katib Dmitri Kobitskinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 6-da ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

MDB PA-nın nümayəndələri qurumun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun Bakı filialının yeni binası ilə tanış olublar
Dekabrın 4-də ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri, Baş katib Dmitri Kobitskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının yeni binasında olub.

Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcəklər
Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Vitse-spiker Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb.

Avronest PA-nın Büro iclasında
Dekabrın 2-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib. Büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq edib.

Şəhid ailələrinə diqqət və qayğı yüksək səviyyədədir
Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Milli Məclisin sədr müavini Adil Əliyev Yasamalda Memorial kompleksin açılışında iştirak edib
Bakının Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial kompleksin açılış mərasimi keçirilib.

Ağdaş rayonunda şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov noyabrın 29-da 44 günlük Vətən müharibəsində şəhidlik məqamına yüksəlmiş Ağdaş rayonunun Qaradağlı kənd sakini Cəlil Qüdrət oğlu Əliyevin anası Reyhan Əliyevanı ziyarət edib.

Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib
Noyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda birgə dinləməsi keçirilib.

Helikopter qəzasında həlak olanların ailələrinə
Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərləndiklərini bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Salyanda şəhid Coşqun Səfərovun anım mərasimi keçirilib
Salyanda Vətən müharibəsi şəhidi Coşqun Əhməd oğlu Səfərovun ildönümü qeyd olunub. Mərasimdə Milli Məclisin deputatı Jalə Əhmədova, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Deputat Jalə Əliyeva Ucar və Zərdab rayonlarında şəhidlərin anım mərasimlərində iştirak edib
Ucar rayonunda şəhid Xəyal Rafiq oğlu Cəbrayılovun, Zərdab rayonunda isə şəhid İbrahim Mirzağa oğlu Rüstəmlinin və şəhid Anar Nazim oğlu Məmmədzadənin anım günləri keçirilib.