_1640357833.jpeg)
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yubileyi münasibətilə xeyriyyə aksiyası təşkil edilib
Ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilərək, suverenliyi bərqərar edildi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad olundu, milli qürurumuz yerinə qaytarıldı.
Milli Məclisdə icbari tibbi sığortaya həsr olunmuş dinləmə keçirilib
Dekabrın 23-də Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar barədə dinləmə keçirilib.
Milli Məclisdə görüş
Dekabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlinin müvəqqəti işlər vəkili Maykl Dikerson ilə görüşüb.
Milli Məclisdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub
Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı"nın müzakirəsi keçirilib.
_1640261713.jpg)
Şəmkirdə şəhid Elbrus Laçın oğlu Hüseynovun xatirəsi anılıb
Şəmkir rayonunun Çaparlı kəndində şəhid Hüseynov Elbrus Laçın oğlunun anım günü keçirilib. Tədbirdə Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Masallı və Yardımlı rayonlarında şəhidlərin xatirəsi anılıb
Milli Məclisin deputatları Musa Qasımlı və Məşhur Məmmədov Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə rayonun Yolağac kəndində şəhid Raqib Vidadi oğlu Əzizovun il mərasimində iştirak ediblər. Tədbirdə şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

GUAM PA-nın tədbirlərində
Dekabrın 21-də GUAM Parlament Assambleyasının videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.GUAM PA-nın 16-cı Büro iclasına qurumun sədri və bu təşkilatda Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili moderatorluq edib. İclasda GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.
GUAM PA komitələrinin birgə iclası keçirilib
Dekabrın 20-də videokonfrans formatında GUAM PA Komitələrinin 5-ci birgə iclası keçirilib. İclasda Milli Məclisin GUAM PA- dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.
Milli Məclisdə görüş
Dekabrın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Sönsberq ilə görüşüb.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirilib
Dekabrın 16-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin videokonfrans formatında 16-cı Büro iclası keçirilib.
_1639655317.jpg)
Millət vəkili Naqif Həmzəyev Gəncədə şəhidlərin məzarlarını ziyarət edib, ailələri ilə görüşüb
Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin Şəhidləri Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Azərbaycan və Belçika parlament dostluq qrupları arasında görüş olub
Dekabrın 15-də Milli Məclisin deputatı, Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərovun Belçika Parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Tim Vandenput ilə onlayn formatda görüşü olub.
Milli Məclisdə Qazaxıstan səfiri ilə görüş
Dekabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Suraxanıda Vətən müharibəsi şəhidi İsabala Hüseynovun anım mərasimi keçirilib
Bakının Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Hüseynov İsabala Ceyhun oğlunun anım günü keçirilib.
Şəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə noyabr ayında Şəmkir rayonunda vətəndaşların göz xəstəliklərinin pulsuz müayinəsi təşkil olunmuşdu.

Biləsuvarda şəhid Əlizadə Tahir Qəribəli oğlunun xatirəsi anılıb
Biləsuvarda Vətən müharibəsi şəhidi gizir Əlizadə Tahir Qəribəli oğlunun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli Məclisdə görüş
Dekabrın 14-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov bu ölkənin Azərbaycandakı səfiri Dato Yubazlan Yusof ilə videokonfrans formatında görüş keçirib.
Milli Məclisdə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
Dekabrın 12-də Azərbaycan dövlətciliyinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi qarşısında anım tədbiri keçirilib.

Vitse-spiker Adil Əliyev Vətən müharibəsi şəhidinin anım tədbirində iştirak edib
Dekabrın 11-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Binəqədi rayonunda Vətən müharibəsi şəhidi Tacir Mehdi oğlu Əhmədovun anım mərasimində iştirak edib.

Deputatımız AŞPA-nın tədbirində iştirak edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.